Avtoqəzada 1 nəfər ölüb, 2-si yaralanıb
28 Yanvar 2016 15:23 KriminalGoranboy rayonunun Dəliməmmədli şəhərində şəhər sakini Maarif Əliyev idarə etdiyi "VAZ-21124" markalı avtomobillə yolu keçən 45-50 yaşlı kişini vurub. Nəticədə həmin şəxs hadisə yerində ölüb. BDYPİ tərəfindən araşdırma aparılır. Həmçinin Cəlilabad şəhərində şəhər sakini Xəqani Hüseynov idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü və 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31