Rusiyada axtarışda olan iki cinayətkar Azərbaycanda yaxalandı

Rusiyada axratışda olan iki nəfər Azərbaycanda saxlanılıb. Daxili İşlər Nazirliyinin saytının verdiyi məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (qəsdən sağlamlığa zərər vurma) ilə axtarışda olan Seymur Əsgərov saxlanılıb.

Həmin gün Baş Cinayət Axtarışı İdarəsi əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Famil Cavadov da saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31