Memarlıq Universitetinin xarici tələbələrinə pul “atan” dələduz yaxalandı

Bakıda xarici ölkə vətəndaşları olan tələbələri aldadaraq külli miqdarda pulunu alan dələduz ələ keçib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumatda deyilir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Memarlıq Universitetinin tələbələri Banqladeş vətəndaşları Camal Uddinin, Camal Mohammadin, Şazal Kumarın, Nahid Khandokarın, Faruk Ahmedin etimadlarını qazanaraq, onlardan 6000 dollar pul almış Bakı şəhər sakini Tural Məmmədov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31