Nardaranda növbəti əməliyyat - avtomobildə partlayıcı qurğu aşkarlandı
28 Yanvar 2016 11:50 KriminalNardaran qəsəbəsinə avtomobillə partlayıcı qurğular keçirməyə cəhd edən şəxs yaxalanıb. Trend-in məlumatına görə, Nardaran qəsəbəsi sakini Elğün Hüseynovun "Vaz" markalı avromobilinə baxış keçirilərkən avtomobildən 6 ədəd kustar üsulla hazırlanan "molotov kokteyl" qurğusu aşkar edilib.Hadisə Nardaran qəsəbəsi Ş.Tuti küçəsi, 71-də baş verib.Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları birgə əməliyyat keçirib. Avtomobil sahibi E.Hüseynov Kürdaxanı qəsəbəsində saxlanılıb. Onun üzərindən 7 ədəd 9 mm patron götürülüb.Sabunçu rayon Polis İdarəsi faktı təsdqləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31