Azərbaycanda bir ailəni öldürməyə cəhd edən şəxs yaxalanıb
18 Oktyabr 2012 15:07 KriminalAzərbaycanda bir ailəyə silahlı basqın edən şəxs həbs edilib. Bu barədə "OLAYLAR"a Daxili İşlər Nazirliyindən məlumat veriblər. Hadisə oktyabrın 16-da Daşkəsən rayonunun Qaratağlar kəndində baş verib. Kənd sakini Razəddin Mustafayev sərxoş halda xuliqanlıq zəminində həmkəndlisi Zəki Hüseynovu və onun ailə üzvlərini təhqir edib, özündə olan ov tüfəngindən 4 dəfə havaya atəş açaraq onları öldürəcəyi ilə hədələyib. R.Mustafayev Daşkəsən RPŞ əməkdaşları tərəfindən tutulub, ondan 1 ədəd ov tüfəngi götürülüb. Araşdırmalar zamanı R.Mustafayevin həmin gün Qaratağlar kəndində yaşayan bacısı Raziyyənin evindən 6500 manat pul oğurlaması da müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31