Bakıda qadın evində qətlə yetirilib

Daxili İşlər Nazirliyi Bakıda qadının evində qətlə yetirilməsilə bağlı məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən erdiyi xəbərə görə, hadisə oktyabrın 16-da Suraxanı rayonu ərazisində baş verib. Rayon ərazisində  yaşayan Vera Kərimovanın meyiti öz mənzilində tapılıb. Kərimovanın meyitinin müayinəsi zamanı onun küt alətlə qətlə yetirilməsi müəyyən edilib. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Suraxanı RPİ tərəfindən aparılır. Hazırda qətlin kim tərəfindən və nə məqsədlə törədilməsi müəyyənləşdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31