Avtoqəzada 2 nəfər ölüb, 3-ü yaralanıb
27 Yanvar 2016 17:15 KriminalDaxili İşlər Nazirliyindən verilən məlumata görə, yanvarın 26-da saat 14 radələrində Abşeron rayonunun Nübar qəsəbəsində Sumqayıt şəhər sakini Vitaliy Aslanxanov idarə etdiyi "Lexus" markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə o və 3 sərnişini xəstəxanaya yerləşdirilmiş, sürücü orada ölüb. Həmçinin Nübar qəsəbəsində rayon sakini Ramiz Mirzəyev idarə etdiyi "İsuzu" markalı avtomobillə yolu keçən həmyerlisi Aygün Nəsirovanı vurub. A.Nəsirova xəstəxanaya aparılarkən yolda ölüb. Hər iki faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31