Maşın körpüdən aşdı, 2 nəfər dünyasını dəyişdi

Daşkəsən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, rayonun Bayan kəndində Hacı Məmmədov idarə etdiyi "Chevrolet" markalı avtomobili körpüdən aşırıb. Nəticədə sürücü və sərnişini Elvin Haqverdiyev hadisə yerində ölüb. Daşkəsən RPŞ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31