“Coca-Cola”nın Bakıdakı ofisi qarət edildi
18 Oktyabr 2012 13:48 KriminalBakıda fəaliyyət göstərən "Coca Cola" şirkətinin ofisi qarət edilib. Bu barədə məlumatı "OLAYLAR"a Daxili İşlər Nazirliyindən veriblər. Hadisə oktyabrın 2-də "Azərbaycan Coca-Cola Bottlers LTD" MMC-nin inzibati binasında baş verib. Binanın açıq qalmış pəncərəsindən girmək yolu ilə 20 ədəd kredit kartı oğurlanıb. Binəqədi RPİ 40-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qarət hadisəsinin orada aşpaz işləyən Bakı şəhər sakini Azad Seyidov olduğu müəyyən edilib. Azad Seyidov saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31