Bakıda 5 otaqlı ev külə dönüb

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus 5 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 220 kv.m olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31