Yanan evdə 35 yaşlı kişi meyiti aşkar edilib

Mingəçevir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan kürsülü birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 60 kv.m sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı ev sahibinin övladı 1981-ci il təvəlüdlü Süleymanov İqbal Gəfərqulu oğlunun meyiti aşkar edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31