Daşkəsəndə vəzifəli şəxslərin olduğu maşın körpüdən aşıb

Daşkəsəndə ağır yol-nəqliyyat qəzası baş verib.

Rayonun Bayan kəndi ərazisində "Niva Chevrolet" markalı avtomobil körpüdən aşıb.

Qəza nəticəsində Daşkəsən rayon Mədəniyyət Şöbəsinin müdiri Hacı Məmmədov və Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin rəhbəri Elvin Haqverdiyev dünyalarını dəyişiblər.

Faktla bağlı araşdırma aparılır. 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31