Lənkəranda cinayətkar dəstə ifşa edilib
26 Yanvar 2016 16:35 KriminalAzərbaycanda oğurluqla məşğul olan dəstə üzvləri tutulublar. "Olaylar"ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sütəmurdov kəndinin poçt məntəqəsindən 67 manat, danışıq kartları, möhür və hesabat qəbzləri, rayon sakinləri İ.Abdullayevə, M.Şükürova və İ.Şükürova məxsus evlərdən içərisində 5000 manat olan seyf, 80000 manat dəyərində qızıl, geyim, məişət əşyaları, "Vinçerter" markalı ov tüfəngi, habelə rayon ərazisində pivə zavodundakı seyfdən 8000 manat oğurlamış, eləcə də Əfqan Şükürova məxsus evdən oğurluğa cəhd göstərmiş rayon sakinləri Əli Şükürzadə, Qədir Cəfərov, Ruslan Kərimli və Kamran Rəhimov tutulublar. Araşdırmalar davam etdirilir.