Şiddətli ağrılara dözə bilməyən Bakı sakini özünü asdı

73 yaşlı kişi evində intihar edib

Paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində 73 yaşlı kişi intihar edib. Qaradağ rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 2-ci massiv ev 10 ünvanında yaşayan Tofiq Tahir oğlu Zülfüqarov özünü yaşadığı evdə asıb.Verilən məlumata görə, kişi xəstə olub və bədənində şiddətli ağrılar olub. Onun bu səbəbdən intihar etməsi güman edilir.Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31