Bakıda yaşlı qadını evində boğublar

Bakının Suraxanı rayonunda qətl olub

Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, Bülbülə qəsəbəsində yaşayan 69 yaşlı Vera Kərimovanın evində meyiti tapılıb.Onu naməlum şəxslər boğaraq öldürüblər. Qətlin motivi və kim tərəfindən törədilməsi məlum deyil.Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31