Bakıda kombinat direktorunu öldürən şəxslərin evdən nə qədər pul apardıqları məlum olub
26 Yanvar 2016 13:38 KriminalBakıda qətlə yetirilən kombinat direktorunun evindən nə qədər pulun aparıldığı məlum olub. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilib ki, qətli məhrumun tanışı Mahurə Hüseynova təşkil edib. Belə ki, o, tanışları Mübariz Əliyev və Ehtiram Həsənovla qabaqcadan əlbir olaraq Qalib Bağırovu öldürməyi və evini qarət etməyi planlaşdırıblar. Lakin qətli törədən qrup evdən cəmi 300 manata yaxın pul tapa biliblər. Hazırda Suraxanı rayon Prokurorluğunda hadisəni törədən şəxslərin ifadəsi alınır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31