Axtarışda olan şəxsdən tapança götürülüb
25 Yanvar 2016 17:46 KriminalRusiyada axtarışda olan şəxs Bakıda saxlanıb.DİN-dən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olan Vahid Əsgərov tutulub. Ondan nömrəsi silinmiş "TT" markalı tapança da götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31