1 kq marixuananı satarkən ələ keçdi
25 Yanvar 2016 17:44 KriminalBakı sakinlərindən xeyli miqdarda narkotik vasitə götürülüb. DİN-dən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Rövşən Kazımov və Fərid Səfərzadə 1 kiloqram marixuananı satarkən tutulublar. Həmçinin Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad şəhər sakini Rasim Əliyevdən 7 kiloqram 500 qram tiryək və 3 kiloqram 150 qram marixuana götürülmüşdür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31