Bilgəhdəki faciə ilə əlaqədar cinayət işi açılıb
25 Yanvar 2016 16:42 KriminalBakı Şəhər Prokurorluğu paytaxtda fəhlənin faciəli ölümü ilə bağlı məlumat yayıb. Prokurorluqdan verilən məlumata görə, yanvarın 23-də paytaxtın Bilgəh qəsəbəsində yerləşən "Qağayı" istirahət bazasının ərazisində demontaj işlərinin həyata keçirilməsi zamanı dəmir borunun həmin vaxt orada olan, Füzuli rayon sakini, 1970-ci il təvəllüdlü Səfəralı Səfərovun üzərinə düşməsi nəticəsində aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi faktına görə Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31