2 “KaMAZ” toqquşdu, 1 nəfər öldü
17 Oktyabr 2012 19:25 KriminalQaradağ rayonunda "KaMAZ" markalı 2 yük avtomobili toqquşub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, hər iki yük avtomobili deformasiyaya uğrayıb, 1 nəfər hadisə yerində ölüb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədi avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31