Odlar Yurdu Universitetinin prorektorunun otağından 500 min manat oğurlayan dəstənin bir üzvü tutulub
25 Yanvar 2016 12:32 KriminalBakıda universitetdən oğurlanan 500 min manat pulun kimin otağından aparıldığı məlum olub. Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, içərisində 500 min manat olan seyf Odlar Yurdu Universitetinin prorektoru Munir Vəliyevin xidməti otağından oğurlanıb. Hazırda faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, M. Vəliyev Odlar Yurdu Universitetinin rektoru, deputat Əhməd Vəliyevin oğludur. Ə. Vəliyev APA-ya açıqlamasında faktı təsdiqləyib. O qeyd edib ki, oğurlanan pullar universitetin kollektivinin maaşının verilməsi üçün bankdan götürülən vəsait olub. "Hadisəni törədənlərin hamısı məlumdır, artıq tutulanlar da var", - deyə rektor qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31