Mingəçevir şəhərində yerləşən kafedə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan kafenin tüstü borusunda yağ qalıqları yanıb. Kafe yanğından mühafizə olunub. Yanğın saat 13:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31