DİN mənzilə hücum edənlər barədə məlumat yayıb
22 Yanvar 2016 15:00 KriminalBakı şəhərində coyğunçuluq hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 18-də Xırdalan şəhərində yaşayan Cabir Nəbiyevin evinə girib onu və oğlu Ələsgəri döyərək oradan 650 manat və 17560 manat dəyərində qızıl və gümüş əşyalar aparmış Bakı şəhər sakinləri Sərxan Manafov və Kərim Süleymanov tutulmuş, digər şəxs isə müəyyən edilib. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31