Ruhi xəstə Pakistan vətəndaşını “soydu”
21 Yanvar 2016 15:45 KriminalYanvarın 20-də Cəlilabad rayonunun Uzuntəpə kəndində naməlum şəxs Pakistan vətəndaşı Məhəmməd Sərdari Sultana məxsus içərisində saçqurudan, üzqırxan maşın və masaj edən qurğu olan çatasını açıq talama yolu ilə alıb. DİN-dən verilən məlumata görə, Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini, ruhi xəstə Əjdər Nəhmədov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31