Qusar rayonu, Hil kəndində vətəndaşa məxsus ikimərtəbəli evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 196 kv.m olan ikimərtəbəli 7 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 49 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31