Xızıda 3 otaqlı ev yanıb

Xızı rayonu, Təzəkənd kəndində vətəndaşa məxsus evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının döşəməsi 3 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31