Bakıda çoxmərtəbəli binada yanğın olub
21 Yanvar 2016 11:36 KriminalBakı şəhəri, Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə binanın 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan 3 otaqlı mənzilin dəhlizində 0,5 kv.m sahədə döşəmə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31