Qəbələ rayonunun Aydınqışlaq kənd sakini Yulət Cabbarovun evində təbii qazın sızmasından yanğına keçən ani partlayış baş verib. DİN-dən verilən məlumata görə, nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Y.Cabbarlının azyaşlı qızı Xədicə tüstüdən boğularaq ölüb. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31