Qobustanda yol qəzasınnda ölən qadın müğənni olub
17 Oktyabr 2012 14:53 KriminalQobustan rayonunda yol qəzasında ölən qadın müğənni olub.APA-nın xəbərinə görə, Gəncə sakini, 1985-ci il təvəllüdlü Abdullayeva Jalə Sərdar qızı və sərnişini, Qobustan rayon sakini, 1988-ci il təvəllüdlü Binyətov Baxış Səxavət oğlu Şamaxıdan toydan qayıdırmışlar.Jalə Abdullayevanın idarə etdiyi 90 MJ 545 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobil gecə saat 2.00 radələrində yüksək sürətlə hərəkətdə olarkən yoldan çıxaraq aşıb. Nəticədə J. Abdullayeva hadisə yerində dünyasını dəyişib, B.Binyətov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Xəsarət alan şəxs isə klarnet ifaçısıdır.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, oktyabrın 17-də saat 02.00 radələrində Qobustan rayonunda ağır yol qəzası baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Şıxzərli kəndi ərazisində, Gəncə şəhər sakini Jalə Abdullayeva idarə etdiyi "Mercedes" markalı avtomaşını yolun kənarındakı beton maneəyə vurub.
Nəticədə sürücü hadisə yerində ölüb. Xəsarət almış sərnişin isə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.