Bakıda ana və oğul qətlə yetirilib

Paytaxt Bakıda öz mənzilində meyitləri tapılan şəxslərin qətlə yetirildiyi məlum olub. Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, rayonun Molla Cümə küçəsi ev 4, mənzil 8 ünvanında ölmüş vəziyyətdə aşkarlanmış şəxslərin ana və oğlu olması müəyyən edilib. Meyitlərə baxış keçirilərkən onların baş nahiyələrində küt alətlə etdirilmiş zərbələrə xarakterik xəsarətlər aşkar edilib. Hadisənin kim tərəfindən və hansı məqsədlə törədilməsi hələlik məlum deyil. Faktla bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31