Hacıqabulda silah daşıyan avtomobil aşkarlanıb

Hacıqabulda polis əməkdaşları silahlı şəxsi yaxalayıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə oktyabrın 16-da baş verib. Hacıqabul Rayon polis şöbəsi əməkdaşları rayon sakini Nəcməddin Quliyevin idarə etdiyi "VAZ-21063" markalı avtomaşını saxlayıb. Avtomobilə keçirilən baxış zamanı müvafiq sənədləri olmayan 1 ədəd "TOZ-8", 2 ədəd ov tüfəngi, 301 ədəd müxtəlif çaplı patron, 2 kiloqram qırma, 45 ədəd giliz və digər hərbi sursatlar aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31