Azərbaycanda qadın sürücü qəza törətdi, ölən və yaralananlar var

Azərbaycanda qadın sürücü ağır yol qəzası törədib, Bu barədə "OLAYLAR"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Hadisə oktyabrın 17-də saat 02.00 radələrində Qobustan rayonunun Şıxzərli kəndi ərazisində baş verib. Gəncə şəhər sakini Jalə Abdullayeva "Mercedes" markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı beton maneəyə vurub. Nəticədə sürücü hadisə yerində ölüb, xəsarət almış sərnişini isə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31