“Mersedes” vuran piyada ölüb

Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqlıiyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, yanvarın 17-də saat 15 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində Sabirabad rayon sakini Hüseyn Həsənov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Lerik rayon sakini Alqayıt Mirzəyevi vurub. H. Həsənov  hadisə yerində ölüb. Xəzət RPİ tərəfindən araşdırma aparılır. Həmçinin paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində Bakı şəhər sakini Rauf Atakişiyev idarə etdiyi "Lada-Priora" markalı avtomobillə yolu keçən paytaxt sakinləri Antonina Kuznetsovanı və Ariana Kuznetsovanı vurub. Nəticədə Antonina Kuznetsova hadisə yerində ölüb, Ariana xəstəxanaya yerləşdirilib. Nizami RPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31