Salyan rayonunun 1-ci Varlı kəndində kənd sakini Səməd Ağayev həmkəndlisi Afis Nuriyevə bıçaqla xəsarət yetirib. DİN-dən verilən məlumata görə, Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Ağayev tutulub. İlkin araşdırma zamanı hadisənin münaqişə zəminində törədildiyi müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31