Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb
18 Yanvar 2016 14:13 KriminalBakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Suraxanı rayon Polis İdarəsi 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunanlar - 1981-ci il təvəllüdlü Həmid Əliyevdən 1,21 qram, ona narkotik vasitəni satan 1979-cu il təvəllüdlü Yaşar Əliyevin yaşadığı Yeni Suraxanı qəsəbəsi Çaparidze küçəsindəki evdən isə 36,543 qram heroin aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31