Eldar Əzizovun qohumunun təhdid etdiyi şəxs özünü asdı

Sumqayıtda qanunsuz qumar oyunu 36 yaşlı gəncin həyatına son qoydu

Sumqayıtda qumar oyunları faciə ilə nəticələnib. "OLAYLAR"ın məlumatına görə, hadisə iki ay öncə baş verib. Sumqayıt şəhərində qanunsuz qanunsuz olaraq futbol qumarı ilə məşğul olan kontorda pul uduzan 36 yaşlı şəxs özünü asıb. Məlumata görə, həmin şəxs futbol oyunlarına hesab yazan qanunsuz kontorda külli miqdarda pul uduzub. Kontora rəhbərlik edən şəxs isə uduzan kişini təhdid edib və uduzduğu pulu çatdırmasını istəyib. Təxminən bir həftə uduzan şəxsin mobil telefonuna təhdid  zəngləri və smslər gəlib. Təhdidlərdən bezən şəxs gecə saatlarında, paytaxtın Nəsimi rayonu ərazisindəki iş yerində intihar edib. Faktla bağlı Nəsimi rayon Prokurorluğöunda Cinayət Məcəlləsinin 125-ci( özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlansa da, hələlik məsuliyyətə cəlb edilən yoxdur. "OLAYLAR"ın əldə etdiyi məlumata görə, Sumqayıtda futbol kontoru işlədən şəxs şəhərin icra başçısı Eldar Əzizovun yaxın adamıdır. Hadisədən sonra kontor sahibi Eldar Əzizovun köməkliyi ilə işi ört-basdır etmək istəyib. Hələlik buna nail də olub. Məlumata görə, kontor sahibi Eldar Əzizov tərəfindən himayə edildiyindən şəhər meri istintaqa da mane olmağa cəhd edir.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31