Bakıda yaşayış binasında yanğın: 20 sakin təxliyə olundu
17 Yanvar 2016 21:01 KriminalBu gün Bakı şəhəri, Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.Virtualaz.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, 5-ci mərtəbədə vətəndaşa məxsus, ümumi sahəsi 85 kv.m olan 3 otaqlı mənzilin 2 otağının yanar konstruksiyaları 40 kv.m sahədə yanıb. Yanğın zamanı 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarəti ilə yanğınsöndürənlər tərəfindən Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Həmçinin mənzillərdən 20 nəfər sakin təxliyə olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.Yanğın saat 15:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31