Yanacaqdoldurma məntəqəsində partlayış: ölən var
17 Oktyabr 2012 12:48 KriminalOktyabrın 16-da saat 16.30 radələrində Yevlax şəhəri ərazisindəki maye-qaz doldurma məntəqəsində partlayış baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, məntəqədə işləyən Elbrus Abdullayev məişətdə istifadə olunan qaz balonunu doldurarkən partlayış olub.
Nəticədə E.Abdullayev hadisə yerində ölüb. Faktla əlaqədar araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31