Bakıda 2 prokurorluq əməkdaşı orqandan xaric edilib
15 Yanvar 2016 17:20 KriminalBakıda cəzalandırılan prokurorluq əməkdaşlarının sayı açıqlanıb. APA xəbər verir ki, Bakı Şəhər prokurorluğunda bu gün keçirilən geniş əməliyyat müşavirəsində bildirilib ki, hesabat dövründə yol verdikləri kobud pozuntulara görə şəhər prokurorluğunun bir sıra əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 2 əməkdaş prokurorluq orqanlarından xaric edilib, 2 nəfər vəzifədən azad olunub, 1 nəfər isə vəzifədən kənarlaşdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31