Oğurluğun üstü 4 ildən sonra açılıb

Naftalanda baş vermiş oğurluq hadisəsinin üstü açılıb. DİN-dən verilən məlumata görə, Naftalan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2012-ci ilin aprelində şəhər sakini Zenfira Əzizovanın çantasından 5700 manat oğurlamış Ağdam rayon sakini Ceyhun Salahov tutulub. Onun əvvəllər məhkum olunduğu müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31