Masallıda yanacaqdoldurma məntəqəsinə silahlı hücum olub

Masallı rayonunun Sərçuvar kəndində yerləşən "Sərçuvar Petrol" yanacaqdoldurma məntəqəsinin işçilərini hədələyib tüfəngdən havaya atəş açaraq pul vermələrini tələb etmiş rayon sakini Cəlil Cəlalzadə tutulub. DİN-dən verilən məlumata görə, Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlal Cəlalzadədən hadisəni törədərkən istifadə etdiyi "İJ -58" markalı tüfəng götürülüb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun ötən il dekabrın 12-də "Sərçuvar Petrol", dekabrın 22-də Cəlilabad rayonundakı "Alpetrol", bu il yanvarın 4-də Camaləddin Heydərova məxsus yanacaqdoldurma məntəqələrindən, habelə ötən il dekabr ayının 29-da Təzə Alvadı kəndində Mürvət Əhədova məxsus yanacaq doldurma məntəqəsindən quldurluq yolu ilə 470 manat pul, dekabr ayının 6-da Cəlilabad rayonunun Muğan kəndində "Smirs" yanacaq doldurma məntəqəsində oranın işçisi Orxan Bədəlova tüfəngdən açdığı atəşlə xəsarət yetirib 2630 manat pul aparması da müəyyən edilmişdir. Masallı RPŞ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31