Qanunsuz dollar dəyişənlər cərimələndi
15 Yanvar 2016 13:40 KriminalBakıda valyuta tənzimi qaydalarını pozan şəxslər cərimələnib. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirlərilə Bakı şəhər sakinləri Hüseyn Əliyev, Adil Əliyev və Abşeron rayon sakini Nəcəf Nəcəfov valyuta tənzimi qaydalarını pozduqlarına görə barələrində İnzibati Xətalar Məcəlləsinin 222.1-ci maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar.
Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31