Gədəbəy rayonu, Düzyurd kəndində vətəndaşa məxsus ikimərtəbəli mənzildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə hər mərtəbəsi 280 kv.m olan ikimərtəbəli 10 otaqlı evin 2-ci mərtəbəsində 3 otağın yanar konstruksiyaları və dam örtüyü 120 kv.m sahə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31