Ət kombinatında yanğın olub
17 Oktyabr 2012 11:19 KriminalSamux rayonu, Tatlı kəndində vətəndaşa məxsus ət-süd kombinatında yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a daxil olan məlumata görə, yanğın zamanı hal-hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 1800 kv.m olan iki mərtəbəli ət-süd kombinatının 1-ci mərtəbəsində yerləşən sahəsi 72 kv.m olan otağın divarına çəkilmiş şüşə pambıq üzlük yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31