Tovuz rayonunda sahibi məlum olmayan mağazada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyndən verilən məlumata görə, ümumi sahəsi 24 kv.m olan mağazanın dam örtüyün yanar konstruksiyaları 6 kv.m sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31