Eldar Sabiroğlunun oğlu barəsində cinayət işinin başlandığı təsdiqlənib - RƏSMİ

Baş prokuror Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Zərdab Rayon Prokurorluğunun müstəntiqi Rüfət Səfərov barəsində cinayət işinin başlandığını təsdiqləyib. APA-nın məlumatına görə, K. Əliyev bu gün keçirilən mətbuat konfransında bildirib ki, R. Səfərovla bağlı idarəyə müxtəlif müraciətlər daxil olub. Daxil olan müraciətlər əsasında R. Səfərov barəsində Cinayət Məcəlləsinin rüşvət alma maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31