Dəhşətli qəza baş verdi, ölən və xəsarət alanlar var

Dünən saat 15:00 radələrinə Qara Məryəm-İsmayıllı-Şəki magistralının Baş Küngüt yolunda ağır yol nəqliyyat hadisəsi baş verib.Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, hadisə nəticəsində Dəmirov Əli Əlif oğluna məxsus 55 BK 351 dövlət nömrə nişanlı VAZ 21 011 markalı avtomobillə Gülməmmədov İlham Ağamməd oğluna məxsus 10 EM 901 dövlət nömrə nişanlı VAZ 21 06 markalı avtomobil toqquşub.Hadisə nəticəsində 1945-ci il təvəllüdlü Çələbiyeva Elmira İsmayil qızı xəstəxanada vəfat edib. 1935-ci il təvəllüdlü Şəki şəhər sakini Gülməmmədov Ələmməd Balamməd oğlu, 1996-cı il təvəllüdlü Şəki şəhər Aşagi Küngüt kənd sakini Cəlilov Yaşar Eyyub oğlu və 1965-ci il təvəllüdlü Şəki şəhər Bas Zəyzid kənd sakini Gülmməmədov İlham Ağamməd oğlu isə yüngül bədən xəsarətləri alıb.Hadisə nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib. Hadisəyə səbəb kimi VAZ 21 0 11 markalı avtomabilin yüksək sürətlə hərəkət etməsi və VAZ 21 06 markalı avtomobilin dönmə əməliyyatını düzgün yerinə yetirmədiyi göstərilir.Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31