Qadının əl çantasında metadon çıxdı
14 Yanvar 2016 17:30 KriminalAstara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Raminə Əliyevanın əl çantasına baxış zamanı 2 ədəd flakonda, məhlul formasında, ümumi xalis çəkisi 0,240 qram təşkil edən metadon adlı narkotik vasitə aşkar edilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn daha bir Azərbaycan vətəndaşı Böyükağa Əliyevin əl yükündən isə 6 ədəd həb şəklində "Metadone-40" adlı dərman preparatı aşkar olunaraq götürülüb. Xatırladaq ki, metadon adlı həb "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və aşkar olunan 6 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,24 qram təşkil edir. Hər iki faktla bağlı təhqiqat aparılır.