Adam oğurluğu ilə əlaqədar 6 nəfər tutulub
14 Yanvar 2016 16:17 Kriminal2015-ci ildə eçirilmiş tədbirlərlə Bakı şəhərində, habelə Sumqayıt, Qəbələ və Ağsuda bir sıra mülkiyyət əleyhinə cinayətlər törətmiş, ümumilikdə, 19 nəfərdən ibarət 2 dəstə zərərsizləşdirilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində 2015-ci ildə cinayətkarlıqla mübarizə və ictimai asayişin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsində baş idarənin rəisi Seyfulla Əzimov məlumat verib. Bildirib ki, quldurluq və qəsdən adam öldürmə, dələduzluq, habelə keçmiş illərdən adam oğurluğu və hədə-qorxu ilə tələb etmə cinayətlərinə görə axtarılan 6 nəfərin tutularaq istintaqa təhvil verilməsi təmin olunub. Adam oğurluğu və hədə-qorxu ilə tələb etmə ilə mübarizəyə də xüsusi diqqət yetirilib, 18 hədə-qorxu ilə tələb etmə cinayəti aşkar edilib. Ölkənin iqtisadi təhlükəsizliyinə zərbə vuran saxta pul əskinaslarının dövriyyəyə buraxılmasına qarşı mübarizə davamlı olub, bu sahədə respublika üzrə 45 cinayət faktı qeydə alınıb. Dövriyyədən çıxarılmış saxta əskinazların 50 faizindən çoxu Baş İdarənin əməkdaşları tərəfindən aşkar olunub.