Biləsuvarda silsilə oğurluğun üstü açılıb
14 Yanvar 2016 15:42 KriminalBiləsubarda oğurluqla məşğul olan şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, yanvarın 10-da oğurluq etdiyinə görə tutulmuş Heydər Qasımovun ətrafında Biləsuvar RPŞ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il noyabrın 15-də rayon sakini Yadigar Məmiyevin həyətindən 6 baş qoyun oğurlaması da müəyyən edilib. Hazırda onun digər oğurluq hallarında iştirak məsələsi araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31